"Betis" klub rekordunu təkrarladı


İdman 20 Apr 2018 14:06:00 305 0

"Betis" klub rekordunu təkrarladı

İspaniya La Liqasının 33-cü turunda "Las Palmas"la qarşılaşan "Real Betis" minimal hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, Əndəlus klubu Primerada ardıcıl 6-cı qalibiyyətinə sevinib. Son 5 oyunda komanda qapısını toxunulmaz saxlayıb. Hər iki seriya 1959/60 və 1994/94 mövsümündə müəyyənləşdirilən klub rekordunun təkrarlanmasıdır. Hazırda aktivində 55 xal olan "Betis" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.