Vladivostok klubu erməni məşqçini istefaya göndərdi


İdman 20 Apr 2018 13:52:00 307 0

Vladivostok klubu erməni məşqçini istefaya göndərdi

Rusiya çempionatının 1-ci divizionunda mübarizə aparan Luç Energiya baş məşqçi Aleksandr Qriqoryanla yollarını ayırıb. Goal.az xəbər verir ki, erməni çalışdırıcı komandanın qeyri-qənaətbəxş nəticələrinə görə qovulub. Vladivostok klubu son 8 oyununda cəmi 8 xal toplayıb və Rusiya Kubokunda mübarizəni artıq dayandırıb. Luç Energiya mövsümün qalan oyunlarına Aleksandr Alferovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, ötən həftə keçirilən Fakel - Luç Energiya (3:1) oyunu zamanı qonaq azarkeşlər Qriqoryana diri xoruz atmışdı. Bunun səbəbi erməni məşqçinin bir müddət öncə onlara "təlxək" deməsi idi.