"O kişi Şəbnəmin əri deyil..." FOTO


Şou-biznes 20 Apr 2018 13:00:00 341 1

"O kişi Şəbnəmin əri deyil..."  FOTO

Dünəndən müğənni Şəbnəm Tovuzlunun əri olduğu deyilən iş adamı Ramazan Mirzəyevin fotosu yayımlanıb. Onun "Məmmədoğullar" MMC-nin sahibi olduğu qeyd olunub. 

Son.az qafqazinfo-ya istinadən məsələni dəqiqləşdirmək üçün Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb. Hazırda xaricdə olan sənətçinin əvəzinə prodüseri suallara cavab verib. 

O, fotodakı şəxsin Ş, Tovuzlu ilə heç bir bağlılığı olmadığını, müğənninin ərinin isə tamam başqa şəxs olduğunu qeyd edib:

"Sözügedən informasiya şayiədir. Qışda da belə bir xəbər yayılmışdı. Hər dəfə Şəbnəm xanımı ailə mövzusunda gündəmə gətirirlər. O, bu yaxınlarda oğluna kiçik toy etmişdi. Həmin məclisi də Azər Axşamla Mətanət Əliverdiyeva aparıb.  Qonaqlar gördü ki, kiçik toyda müğənninin təkcə həyat yoldaşı deyil, qayınata və qayınanası da iştirak edirdi. O, məclisdəki bütün qonaqlarla salamlaşdı. Bütün müğənnilər, sənət adamları Şəbnəm xanımın həyat yoldaşını görüb. İfaçının əri iş adamıdır, istəmir ki, gündəmə gəlsin". 


Xəbərə aid foto