217 kq arıqlayan insanın halına baxın VİDEO FOTO


Digərləri 20 Apr 2018 13:08:00 311 0

217 kq arıqlayan insanın halına baxın  VİDEO  FOTO

Sizcə, insan 217 kq arıqlayarsa, onun vəziyyəti necə ola bilər?

Sualın cavabını bilmək üçün ABŞ-ın Florida ştatındakı Pasko bölgəsində yerləşən Lend-o-Leyks şəhərciyində yaşayan 36 yaşlı Sel başına gələnləri, daha doğrusu, başına gətirdiklərini TLC telekanalındakı "Skin Tight" proqramına danışıb.

Son.az bildirir ki, Sel izafi çəkisindən qurtulmaq üçün 4 il əvvəl məşqlərə və pəhrizə başlamışdı.

4 il əvvəl onun çəkisi 312 kq idi.

O, sürəkli arıqlayıb və sonucda 217 kq-dan qurtulub.

Dərisi sallanan, hətta qat-qat burulan və bükülən Sel bu problemi həll etmək üçün plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb.