500 kqlıq partlamamış mərmi tapıldı


Dünya 20 Apr 2018 12:31:00 492 0

500 kqlıq partlamamış mərmi tapıldı

İkinci Dünya Müharibəsinə aid partlamamış mərmi tapıldığına görə Berlindəki Mərkəzi Dəmiryol stansiyasından sərnişinlər təxliyə edilib.

Son.az bildirir ki, Der Tagesspiegel-in yazdığına görə, 500 kiloqramlıq bomba Heidestrasse küçəsindən tapılıb. Polisin təkidi ilə 800 metr yaxınlıqdakı binalar da boşaldılıb.

Dəmiryol stansiyası ilə yanaşı, İqtisadiyyat Nazirliyi, İndoneziya və Özbəkistan səfirliklərinin binasından da insanlar təxliyə edilib.


Xəbərə aid fotolar