Damla göz yaşlarını saxlaya bilmədi: "Gərək efirlərə çıxmazdım" VİDEO FOTO


Şou-biznes 20 Apr 2018 12:22:00 526 0

Damla göz yaşlarını saxlaya bilmədi: "Gərək efirlərə çıxmazdım"  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğəni Damla olub. 

Son.az bildirir ki, müğənni efirdə göz yaşları içərisində atasının ölümündən sonra konsert verməsindən danışıb:

"İçimdə qəribə bir fəryad var idi ki, hər şey siz düşündüyünüz kimi deyil. Mənim sahəm kənardan bəxtəvər sahəsi kimi görünür. Deyirsən, gülürsən, şənlənirsən... Amma insanlara onu izah edə bilmirdim ki, mən şənlənməyə getmirəm. Proqramda beh məsəli oldu. O məsələni o qədər böyütdülər ki, məni sanki xalq düşməninə çıxardılar. Bu addımı atmasaydım, mən, mənə verilən o əmanət behlərin, öncədən planlanmış konsert salonlarının haqqını ödəməsəydim, gərək bundan sonra efirlərə çıxmazdım. Təzminatların da altından qalxa bilməzdim. Atam ürək çatızmamazlığından əziyyət çəkirdi. Bütün ruhumuzla biz onun sağ qalması üçün çabaladıq. Yetər ki, 10 gün, 1 il artıq yaşasın. Amma təbii ki, qədəri yazan Allahdır".

Damlanın bu sözlərindən kədərlənən Əli Mirəliyev də göz yaşlarına boğulub:


Xəbərə aid fotolar