Yasamalda oğru tutuldu


Digərləri 20 Apr 2018 12:25:00 433 0

Yasamalda oğru tutuldu

DİN-in "102 Zəng Mərkəzi"nə Yasamal rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal Yasamal rayon polis idarəsi 29-cu polis şöbəsinin əməkdaşları X.Mustafayev küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Mənzildən aprelin 16-dan 18-dək olan müddətdə qızıl-zinət əşyaları, televizor və digər məişət avadanlıqlarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Həsənqulu Qurbanov olduğu müəyyən edilib.