Sevgilisi ilə dalaşan kişi özünü canlı yayımda öldürdü VİDEO FOTO


Dünya 20 Apr 2018 12:19:00 330 0

Sevgilisi ilə dalaşan kişi özünü canlı yayımda öldürdü  VİDEO  FOTO

Sevgilisi ilə dalaşan 37 yaşlı kişi Facebook-un canlı yayımında özünə qəsd edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bütün günü içki içib, dostları ilə birlikdə vaxt keçirdiyinə görə sevgilisi ilə mübahisə edən kişi avtomobilinə minib, gecə saat 2-də canlı yayımı açıb və silahla özünü öldürüb.

Hadisə Taylandın Samut Prakan vilayətində baş verib. Polislər hadisə yerinə gələnə qədər canlı yayım açıq qalıb, lakin Naphattarakul Phachayakan keçinib.

Onun cəsədini görən sevgilisi Phachayakanın ölümündə özünü günahlandırıb.


Xəbərə aid fotolar