"Cümhuriyyətin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi"


Digərləri 20 Apr 2018 12:01:00 304 0

"Cümhuriyyətin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi"

"Heç kəs üçün sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri - daşnakların əli var idi".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibəti ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, kifayət qədər güclü olmadığımız və daşnaklara inandığımız halda ki, bununla onların Qarabağa olan iddiaları da bitmiş olsun, hay-erməni ikiüzlüyünün qurbanına çevrildik: "Odur ki, dövlət başçımızın dediyi kimi, "1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir". Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçımız bəyan edir ki, "Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır. Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq".

K.İmanov vurğulayıb ki, bu sözlərin, düşüncələrin arxasında təcavüzkarlıq meyli deyil, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur.