Falçının zorladığı qızlardan şok açıqlamalar


Digərləri 20 Apr 2018 12:05:00 280 0

Falçının zorladığı qızlardan şok açıqlamalar

Falçı qızları aldadıb, zorlayıb.

Son.az xəbər verir ki, zərərçəkənlər "Yeni Müsavat"a başlarına gələnləri danışdılar; 20 yaşlı tələbə qız: "O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm"; 18 yaşlı tələbə qız: "Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb".

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov"layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar. 

Falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər. Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, "Təmiz Dünya" İctimai Birliyinə də məlumat vermişik.

"Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən"

20 yaşlı Ə.A-nın dedikləri: (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir) "Ötən ilin noyabr ayında "İnstagram"da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur".

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi "köməkliklərə" görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib: "Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl "işi" davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, "Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, "həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən".

"Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm"

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, "effekti olmasa, sənin pullarını geri qaytaracam". Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq "iş işdən keçib", bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, "sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə "aybaşı" olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, "həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək".


Xəbərə aid fotolar