FİFA transfer qaydalarını pozan klubları cəzalandırdı


İdman 20 Apr 2018 11:47:00 385 0

FİFA transfer qaydalarını pozan klubları cəzalandırdı

FİFA transfer qaydalarını pozduğuna görə Portuqaliya nəhəngləri BenficaSporting-i cəzalandırıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, Benfica 132 min, Sportinq isə 92 min avro məbləğində cəzaya layiq görülüb. İspaniyanın Celta klubu da oxşar cəzaya məruz qalıb. Viqo təmsilçisi 65 min İsveçrə frankı məbləğində cəza alıb.

Bundan başqa, İspaniyanın Sequnda təmsilçisi Rayo Vallecano və Qətərin Al Arabi klubları da oxşar cəzalara məruz qalıblar.

İndoneziya Futbol Federasiyası da transfer qaydalarının pozulması ilə bağlı cəzadan yan qaça bilməyib. Federasiya 30 min İsveçrə frankı məbləğində cəzaya layiq görülüb.