Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq


Digərləri 20 Apr 2018 11:04:00 266 0

Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq

"Bakıda bəzi tikinti şirkətləri tərəfindən istifadəyə verilən və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması çoxsaylı ailələrin hüquqlarının pozulmasına səbəb olub".

Son.az report-a istinadən xəbər verir ki, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, Müvəkkil bu şikayətlərdə əks etdirilmiş halların yoxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər edib.