La Liqanı tərk edən ilk klub müəyyənləşdi


İdman 20 Apr 2018 10:47:00 248 0

La Liqanı tərk edən ilk klub müəyyənləşdi

2017/2018 mövsümünün yekununda İspaniya La Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Goal.az xəbər verir ki, çempionatın başa çatmasına 5 tur qalmış 17 xala malik Malaga-nın I liqaya enişi rəsmiləşib. Buna qətərli iş adamı Abdulla bin Nasserin sahibi olduğu klubun XXXIII turda səfərdə “Levante”yə 0:1 hesabı ilə uduzması səbəb olub.

Qedy edək ki, La Liqanı tərk etməyə digər namizədlər DeportivoLas Palmas klublarıdır. Onların müvafiq olaraq 27 və 21 xalları var.