Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir


Digərləri 20 Apr 2018 10:51:00 202 0

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası ehtiyacı olan ailələrə, kimsəsizlərə, məcburi köçkünlərə pulsuz xidmət göstərməyə davam edir.

Bakı. Azercell Telekom MMC-nin Mobil Diş Klinikası ehtiyacı olan ailələrə, kimsəsizlərə, məcburi köçkünlərə pulsuz xidmət göstərməyə davam edir. Şirkətdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin ilk aylarında klinikanın həkimləri yüzlərlə ehtiyacı olan insanları pulsuz müayinə və müalicə ediblər. Yanvar, fevral və mart aylarında bu unikal layihədən Əhmədli qəsəbəsi 3 saylı uşaq evinin sakinləri və Pirşağa qəsəbəsində fəaliyyət göstərən Xocalı rayonu 2 saylı orta məktəbin 142 şagirdi yararlanıb. Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan Azercell Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər ölkənin bir çox rayon və şəhərlərində yerləşən uşaq evləri, internat məktəbləri, uşaq kəndlərində öz xidmətlərini göstərib.