Zalsburqda qatarlar toqquşdu - Çoxsaylı yaralı var


Digərləri 20 Apr 2018 10:45:00 240 0

Zalsburqda qatarlar toqquşdu - Çoxsaylı yaralı var

Avstriyanın Zalsburq vağzalında iki qatar toqquşub.

Bakı. Avstriyanın Zalsburq vağzalında iki qatar toqquşub. Trend-in məlumatına görə, səhər saatlarında baş verən qəza zamanı təxminən 40 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, qəza lokomotivə vaqon qoşarkən Sürix-Vyana marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşma nəticəsində baş verib.