Yerevanda yolların bir hissəsi bağlandı


Dünya 20 Apr 2018 10:29:00 231 0

Yerevanda yolların bir hissəsi bağlandı

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.

Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.