DİM müsahibədə iştirak etməyən namizədlərə növbəti dəfə xəbərdarlıq edib


Digərləri 20 Apr 2018 10:06:00 161 0

DİM müsahibədə iştirak etməyən namizədlərə növbəti dəfə xəbərdarlıq edib

Gün ərzində keçirilməsi nəzərdə tutulan 88 müsahibədən 34-ü baş tutub, 54 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb.

Bakı. İlhamə İsabalayeva - 2018-ci il aprelin 19-da Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixdə elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib. Gün ərzində keçirilməsi nəzərdə tutulan 88 müsahibədən 34-ü baş tutub, 54 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 21-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.