Fenerbahçe - Beşiktaş oyunu yarımçıq dayandırıldı


İdman 20 Apr 2018 09:44:00 341 0

Fenerbahçe - Beşiktaş oyunu yarımçıq dayandırıldı

Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində Fenerbahçe - Beşiktaş qarşılaşması ikinci yarıda yarımçıq dayandırılıb.

Goal.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində azarkeşlər stadiona kənar əşyalar atıblar. Futbol fanatları "Beşiktaş"ın ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə, Şenol Günəş başından xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Matçın hakimləri azarkeşlərin xoşagəlməz davranışları ilə əlaqədar matçı saxlayıblar və yarım saat sonra oyunun yarımçıq dayandırılması qərarını veriblər.

Qeyd edək ki, matç zamanı komandaların oyunçuları arasında da gərginlik yaranıb. "Beşiktaş"ın müdafiəçisi Pepe qarşılaşmanın birinci hissəsində kobud hərəkətinə görə, hakim tərəfindən qırmızı vərəqə alaraq meydançadan qovulub.

İlk oyunda hesab 2:2 olmuşdu.