İl yarım ərzində BMT-nin 42 ölkədən olan 140 üzvü ölüb
Dünya 20 Apr 2018 09:37:19 219 0
BMT baş katibi: "Bəzən əməkdaşlarımız məhz bizim işçilərimiz olduğuna görə hədəfə çevrilirlər"
"Report" xəbər verir ki, BMT-də keçirilən xatirə gecəsində onların hər birinin adı çəkilərək anılıb.
BMT Baş katibi Antoniu Quterriş çıxışında bildirib ki, həyatını sülhə xidmət etməyə sərf edən təşkilat işçiləri günbəgün təhlükəylə, özü də çox vaxt ölümcül təhlükə ilə üzləşirlər. Onun sözlərinə görə, təşkilat yarandığı gündən bəri 3500-dən çox işçini itirib.
Ən böyük faciələrdən biri 2003-cü ildə Bağdadda törədilmiş terror hücumu olub. İnsident nəticəsində 23 nəfər, o cümlədən BMT-nin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra Di Mello ölüb.
"Bəzən əməkdaşlarımız məhz bizim işçilərimiz olduğuna görə hədəfə çevrilirlər", - baş katib deyib.
Onun sözlərinə görə, təşkilatın əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, onlar hər zaman sülhməramlı səylərə qarşı çıxanlar tərəfindən təhdid altında olurlar.