Azərbaycanda zəlzələ olub


Digərləri 20 Apr 2018 08:38:00 198 0

Azərbaycanda zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a verilən məlumata görə, aprelin 19-da Siyəzəndən 13 kilometr qərbdə, Şabran rayonu ərazisində 3,4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.