Azərbaycan Çin və Hindistanın hesabına ildə 10 milyondan çox turist qəbul edə bilər


Digərləri 20 Apr 2018 07:45:00 219 0

Azərbaycan Çin və Hindistanın hesabına ildə 10 milyondan çox turist qəbul edə bilər

Ekspert: Azərbaycan Çin və Hindistan turistlərinin hesabına ildə 10 milyondan çox turist qəbul edə bilər Azərbaycanda kütləvi turizmin inkişafı üçün Çin və Hindistan bazarını ələ almaq lazımdır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda kütləvi turizmin inkişafı üçün Çin və Hindistan bazarını ələ almaq lazımdır. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Həmin ölkələrdə dünya əhalisinin çox hissəsinin yaşadığını deyən M.Ağakərimov qeyd edib ki, Çin və Hindistanın turistləri ölkəmizə gələrsə, bu, Azərbaycan üçün çox böyük bazar olar və ölkəmizə daha çox gəlir gətirər. M.Ağakərimov təklif edir ki, Çin və Hindistanın bazarını ələ almaq üçün ilk növbədə ucuz qiymətə olan birbaşa aviaresylər açılmalıdır. Eyni zamanda, hər iki ölkənin aparıcı turizm şirkətlərinin Azərbaycana infoturunu təşkil etmək lazımdır: "Çin və Hindistan bazarını ələ almaqla Azərbaycanda turizm sektorunu elə inkişaf etdirmək olar ki, ildə 10 milyondan çox turist qəbul etmək olar". Assosiasiya rəsmisi qeyd edib ki, Azərbaycanda kütləvi turizmin inkişaf etdirilməsi üçün turizm sahəsinin inkişafına da kompleks yanaşmaq, hotellərin sayını artırmaq lazımdır. Onun sözlərinə görə, Abşeronda 150-200 hotel olsa da, onların nömrə fondu çox azdır: