"Faydasız" immun hüceyrələrinin viruslara qarşı güclü silah olması aşkarlanıb


Digərləri 20 Apr 2018 07:28:00 244 0

"Faydasız" immun hüceyrələrinin viruslara qarşı güclü silah olması aşkarlanıb

Alimlər indiyədək bəzi hüceyrələrin insan orqanizmi üçün faydasız olması qənaətində idilər. Lakin ardınca məlum oldu ki, bu hüceyrələr ən qəddar viruslarla mübarizə aparmağa qadirdirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məsələnin mahiyyəti bu hüceyrələrin daim yuxulu halda olmasıdır. Bu səbəbdən alimlər onların ümumiyyətlə nə üçün mövcud olmasını bilmirdilər. Lakin bu hüceyrələr daim fəaliyyətdə olsalar, onlar orqanizmə ziyan vura bilərlər. Cisimlər fəallaşan zaman onlar orqanizmin digər hüceyrələrinin məhv edilməsinə tuşlanırlar.