Biznes mühitinin inkişafına təkan verən güzəştlər


Digərləri 20 Apr 2018 07:14:00 218 0

Biznes mühitinin inkişafına təkan verən güzəştlər

Ekspertlər düşünür ki, vergi güzəştləri vergidən yayınma hallarını aradan qaldıracaq

Ekspertlər düşünür ki, vergi güzəştləri vergidən yayınma hallarını aradan qaldıracaq 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə vergilər naziri Mikayıl Cabbarov jurnalistlərə deyib ki, Vergi Məcəlləsi və bir sıra digər qanunvericilik aktlarında təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb. Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi Prezidentin qurum qarşısında qoyduğu əsas tapşırıqlardandır: "Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılması və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq", - deyə nazir əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilideyir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı dövlət başçısının tapşırığı ilə müxtəlif proqramlar həyata keçirilir: "Bunlara misal olaraq maliyyə əlçatanlığının təmin edilməsi, birbaşa dövlət dəstəyi kimi nümunələri göstərmək olar.  Kiçik və orta sahibkarlığın inkişafı üçün vergi yükü və vergi inzibatçılığı da mühüm rol oynayır. Dövlət başçısının tapşırığı əsasında bu istiqamətdə də dəstək mexanizmlərinin hazırlanması və yeni fiskal siyasət kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəkdir".