Allergiyadan əziyyət çəkirsiniz?


Digərləri 20 Apr 2018 00:45:00 238 0

Allergiyadan əziyyət çəkirsiniz?

Alimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən ox yayılan xəstəlik allergiyadır. Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-sində bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi tam qədim zamanlara gedib çıxır. Bu məşhur xəstəliyin ilkin izələrinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi uzun olsa da alimlər bu xəstəliyi XIX əsrdə aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayyət qədər çoxdur və onun sayı günü-gündən artmağa da davam edir. 

Allergiya nədir?

Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. Allergiya özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, insan allergiyaya görə özünə nifrət edir. Allergiya nəticəsində onun dərisi daima səpir, qızarır. Allergiyanın bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir.

Allergik rinit:

Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstlərində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir. 

Xroniki rinit:

Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini biruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır.

Dəri allergiyası: