Yerevanda etirazçılar küçələri bağlayacaqlar


Dünya 20 Apr 2018 00:00:00 253 0

Yerevanda etirazçılar küçələri bağlayacaqlar

Yerevanda "Mənim addımım" təşəbbüsü küçələrin total bağlanması aksiyasını bərpa edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu etiraz aksiyalarının başçısı, deputat Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, sabah həmçinin metro stansiyaları da bağlanılacaq. Paşinyan deyib ki, etiraz aksiyası səhər 08:15-də başlayacaq və Yerevanın bir çox rayonlarını əhatə edəcək.