Paşinyan total hücum qərarı verdi


Dünya 19 Apr 2018 23:51:00 261 0

Paşinyan total hücum qərarı verdi

İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.

Son.az axar.az-a istinadən bildirir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.

Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.

İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.