Allah kimi istəsə hidayət edər – nə deməkdir?


Digərləri 19 Apr 2018 23:45:00 300 0

Allah kimi istəsə hidayət edər – nə deməkdir?

Qurani-Kərim buyurur ki, Allah kimi istəsə hidayət edər. Bu ayənin mənası nə deməkdir? İnsan yolunu seçmək məsələsində üç mövzu ilə rastlaşır: Uca Allahla bağlı, insanlarla bağlı və lənətlik şeytanla bağlı.

Son.az deyerler.org-a istinadən bildirir ki, əslində bunun kimi ayələr insanı təfəkkür etməyə dəvət edir və buyurur ki, bu üç amil - tövhidə aid amillərdir. Biz əməldəki tövhidə etiqad bəsləməliyik və qəbul etməliyik ki, bu dünyada baş verən hər bir şey - Allahın vasitəsilə baş verir. Əgər insan bu həqiqəti qəbul etməzsə, yolunu azanlardan və şeytana (lən) itaət edənlərdən olar.

"Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər)". ("Ənfal" 59).

Bu üç amildən hər birinin öz təsiri olar. Allah Təala insanı haqqa dəvət edər. İnsan seçim edər. Amma şeytan (lən) onu yolundan azdırmağa çalışar. "(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: "Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).

Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır"". ("İbrahim" 22).

Allah insanı elə xəlq etmişdir ki, özü seçim edə bilsin. Haqqı və batili tanıyandan sonra seçim etmək - onun haqqıdır. Lakin əməllərinin nəticəsinə də gərək hazır olsun.