ABŞda “tektonik bomba” tapıldı


Digərləri 19 Apr 2018 23:31:00 368 0

ABŞda “tektonik bomba” tapıldı

ABŞ geoloji xidmətinin hesabatına görə, San Fransisko körfəzi yaxınlığında qeydə alınan Heyuord tektonik çatı dağıdıcı zəlzələyə səbəb ola bilər. Belə bir zəlzələ baş versə minlərlə insan həlak olacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Los Angeles Times" yazır.

Heyuord çatı San Pablo körfəzinin cənub hissəsindən Frimont şəhərinə qədər uzanır. Alimlər onun keçdiyi zonadan 7 ballıq zəlzələ riskinin mövcud olduğunu müəyyən edib.  Tədqiqatçılar ona "saatlı tektonik bomba" adını verib.