Öd daşı nə zaman yaranır? –


Digərləri 19 Apr 2018 23:20:00 268 0

Öd daşı nə zaman yaranır? –

İnsan orqanının fəaliyəti üçün öd əsas orqanlar sırasındadır.

Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.

Son.az medicina.az-a istinadən bildirir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?

Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;

Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;

Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;

Hamiləlik - dölün öd kisəsini sıxması;

Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;

Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.