Qiyamət günü sevinənlərdən olmaq üçün


Digərləri 19 Apr 2018 23:10:00 260 0

Qiyamət günü sevinənlərdən olmaq üçün

Qiyamət günü insanın dünyada etdiyi əməllərin hesabı çəkiləcəkdir. O kəslər ki, dünyada haqq yolunda olublar, yaxşı əməllər yerinə yetiriblər, əməl dəftərləri həsənələrlə doludur - onların əməl dəftərini sağ əlinə verərlər. Bu bəndələr Qiyamət günü sevinər və şad olarlar.

"Kimin əməl dəftəri sağ əlinə verilərsə Onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının yanına sevinc və şadlıqla qayıdar". ("İnşiqaq" 7-9).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu, böyük səadətdir ki, insan ən yaxın insanlarını behiştdə görsün.

Başqa bir ayədə oxuyuruq: "Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: "Alın (ey insanlar), mənim kitabımı (əməl dəftərimi), oxuyun"". ("Haqqə" 19).

"Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,) meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir)". ("Haqqə" 21-23).

"Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər. Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur". ("Tur" 17-18).