Müzaribə nədir?


Digərləri 19 Apr 2018 23:15:00 1033 0

Müzaribə nədir?

Sadə dillə desək, müzaribə şərikliyin xüsusi növüdür. Belə ki, bu zaman tərəflərdən biri qazanc əldə etmək məqsədi ilə hər hansı layihəni (işi) həyata keşirmək üçün sərmayə qoyur, o biri tərəf isə həmin işi icra edir.

Son.az islam.az-a istinadən bildirir ki, başqa sözlə desək, iki nəfərdən biri öz malı, o biri isə öz zəhməti ilə əməkdaşlıq edir. Müzaribənin şərtlərinə görə, əldə edilən qazanc da tərəflərin arasında bölünür. Qazancın bölünməsində miqdar deyil, hissə (faiz) şərt edilir, məsələn, qazanc tən yarı bölünəcək, yaxud bir hissə birinin, iki hissə o birinin olacaq. Ziyan barədə də qabaqcadan şərtləşmələri lazımdır. Sərmayə hər bir halda öz sahibinin malı hesab edilir.