Ukrayna “Skif”i sınaqdan keçirdi – VİDEO


Dünya 19 Apr 2018 23:00:00 244 0

Ukrayna “Skif”i sınaqdan keçirdi – VİDEO

Ukraynanın hərbi poliqonlarından birində "Skif" tank əleyhinə raket kompleksinin ("Stuqna-P"nin ixrac versiyası) sınaqları keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Luç" konstruktor bürosu "Facebook" səhifəsində məlumat paylaşıb.

"Skif" kompleksinin konstruksiyası sifarişçinin tələbi ilə dəyişdirilib.

"Bütün modifikasiyalar buraxılış qurğusunun yumşaq torpaq və qum şəraitində istifadəsinə adaptasiya olunmasına yönəlib. Raketin özünə heç bir dəyişiklik edilməyib, belə ki, raket əvvəlcədən istənilən iqlim və hava şəraitində istifadə edilə bilməsi üçün hazırlanıb", - deyə konstruktor bürosunun məlumatında qeyd olunur.


Xəbərə aid video