Azərbaycan nefti 74 dollar həddini keçdi


Digərləri 19 Apr 2018 23:04:35 185 0

Azərbaycan nefti 74 dollar həddini keçdi

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.