Avropada yeni intihar maşını nümayiş olundu


Digərləri 19 Apr 2018 22:50:00 216 0

Avropada yeni intihar maşını nümayiş olundu

Amsterdamda dəfn industriyasına aid sərgidə yeni ölüm maşını nümayiş olundu.

Son.az medicina.az-a istinadən bildirir ki, holland dizayner Aleksandr Bannik uzun illərdir evtanaziyanın leqallaşdırılması üçün mübarizə aparır və insanların rahat ölə bilməsi üçün icad üzərində işləyirdi.   Budka formasında maşının içində çıxa bilən kapsul və azot rezervuarı yerləşdirilib. İnsan kapsulun içində uzanır, əvvəlcə yüngül başgicəllənməsi hiss edir, sonra dəqiqə içində huşunu itirib ölür.  

Sərgidə yalnız maket nümayiş olunub, amma maşın ilin sonuna tam hazır olacaq.