Tələbəsindən uşağı olan dahi


Digərləri 19 Apr 2018 22:35:00 273 0

Tələbəsindən uşağı olan dahi

Son.az lent.az-a istinadən dahi fizik Albert Eynşteyn haqqında 10 maraqlı faktı təqdim edir.

1. Başı yekə Eynşteyn

Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla  birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: "Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı..."

2. Danış, Eynşteyn

Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: "Bu yemək çox istidir". Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: "Çünki indiyə kimi hər şey qaydasında idi".

3. Kompas onu elmə doğru aparır

Eynşteyn beş yaşında xəstə yatarkən atası ona kompas göstərir. Gələcəyin dahisinin elmlə ilk tanışlığı kompasdan başladı. Kompas balaca Eynşteynin diqqətini cəlb elədi. Kompası hansı tərəfə fırladırdısa, ox yenə eyni nöqtəni göstərirdi. Eynşteyn dedi ki, kosmosda qüvvələr var və onlar kompasa təsir edirlər.

4. İmtahandan kəsilən Eynşteyn

1895-ci ildə 17 yaşlı Eynşteyn İsveç Federal Politexnik Universitetinə imtahan verir. Riyaziyyatdan keçsə də, tarix, xarici dil və coğrafiyadan kəsilir. Bir il sonra yenidən imtahan verərək həmin ali məktəbə daxil olmağı bacarır.

5. Tələbəsindən uşağı olur...

Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bəllidir. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib. Mileva 1902-ci ildə Novi Sadda öz evində qızı dünyaya gətirir. Eynşteyn isə 1902-ci ildə Bernedəydi. Doğuş prosesi çətin olur və böyük ehtimalla uşaq travmayla doğulur. Uşaq  doğulduğu il də vəfat edir.

6. Eynşteyn qadağa qoyur: "Evdən bayıra çıxma"

Sonradan Eynşteyn və Mileva evlənirlər. İki oğulları olur: Hans Albert və Eduard. Eynşteyn elmi araşdırmalarına görə, tez-tez xarici ölkələrdə olurdu, ailəsinə zaman ayıra bilmirdi. Buna görə onun ailəsi dağılır və boşanırlar. Ancaq evi pərdəylə iki yerə ayırıb bir evdə yaşamağa davam edirlər. Mileva ilə evli olarkən Eynşteyn onunla qəribə bir müqavilə bağlayıbmış. Müqavilə beləydi:

A. Əmin olacaqsan.

1. Paltarlarımın təmiz olmağına həmişə nəzarət elə.