Övladınızın gözü hansı rəngdə olacaq?


Digərləri 19 Apr 2018 22:20:00 254 0

Övladınızın gözü hansı rəngdə olacaq?

Hamiləlik müddətində valideynləri maraqlandıran mövzulardan biri doğulacaq körpənin göz rəngidir. Əgər ailədə həm açıq, həm də tünd rəngli gözə sahib fərdlər varsa, bu maraq daha da artır.

Bəs genetik quruluşa görə körpənin göz rəngini bilmək mümkündürmü?

Son.az medicina.az-a istinadən bildirir ki, elm adamları bu barədə siyahı tərtib ediblər. Onlar genetikaya uyğun olaraq körpənin göz rənginin təxmin edilməsinin mümkün olduğunu bildiriblər.

Həmin siyahını təqdim edirik:

Yaşıl - Qəhvəyi rəng Ana və atanın gözləri yaşıl-qəhvəyidirsə, körpənin göz rəngi 50 faiz halda qəhvəyi, 37 faiz yaşıl, 12 faiz halda isə mavi ola bilər.

Mavi - Mavi Həm ananın həm də atanın göz rəngləri mavidirsə, bu zaman uşağın göz rəngi 99 faiz halda mavi, 1 faiz halda isə yaşıl olur. Bu zaman gözün qəhvəyi rəngdə olma ehtimalı yoxdur.