“Uşağa banka qoymaq qətiyyən olmaz” –


Digərləri 19 Apr 2018 22:25:00 309 0

“Uşağa banka qoymaq qətiyyən olmaz” –

Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Son.az lent.az-a istinadən xəbər verir ki, bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz?

Müasir tibb bankanı qəbul etmir

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: "Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir".

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: "Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. Amma ondan aşağıdakı nahiyələrə yox. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil. Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir".

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz