Nə edək ki, qəlbimiz ölməsin?


Digərləri 19 Apr 2018 22:10:00 251 0

Nə edək ki, qəlbimiz ölməsin?

Allahı zikr etməyin insan ruhuna və qəlbinə qurucu təsirləri vardır ki, onların bəzisi ilə tanış olaq:

1. Allah insanı yada salar. O zaman ki, insan Allahı zikr edər, Allah bu bəndəsinə nəzər salar və onu yada salar."Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).

2. Qəlbi aydınlandırar. İmam Əli (ə) oğluna belə nəsihət verir: "Oğlum! Sənə İlahi təqvanı, Allah əmrlərinə itaəti, qəlbini və ruhunu Onu zikr edərək və İlahi kəndirə çəng vururaq abad etməyi tövsiyə edirəm". Qəlb ölümünün qarşısını almağın ən təsirli yolu - Allahı yada salıb zikr etməkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Allah Təala Özünü yada salmağı qəlblərin cilası qərar vermişdir ki, onun təsirindən qulaqlar ağırlıqdan sonra eşidər, gözlər korluqdan sonra görər, bu yolla düşmənçilikdən sonra ram olar".

3. Qəlb aramlığı. Allahı yada salmaq qəlblərə aramlıq verər. "Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).