Çəninin içindəki suya nəcasət düşsə, həmin sudan


Digərləri 19 Apr 2018 22:15:00 248 0

Çəninin içindəki suya nəcasət düşsə, həmin sudan

Su çəni deyərkən, adətən, şəriətdə kür sayılan miqdardan çox su nəzərdə tutulur. Kür suyun miqdarı alimlərin rəyinə görə 378-384 litr civarındadır. Əgər çəndəki su bu miqdara çatırsa, onun içinə düşən nəcasət suyun ya rəngini, ya iyini, ya da dadını dəyişdiyi təqdirdə çəndəki bütün su murdar sayılacaq.

Son.az islam.az-a istinadən bildirir ki, başqa sözlə, çəndəki su o zaman murdar sayılacaq ki, onun içinə rəngini ya iyini yaxud dadını dəyişəcək qədər nəcasət düşsün. Əgər kür miqdarında olan çən suyunun rəngi ya iyi yaxud dadı dəyişməsə, pak hökmündə qalacaq və ondan tam rahatlıqla istifadə etmək icazəlidir. Bu su ilə dəstəmaz və qüsl almaq da düzgündür. Amma əgər çəndəki su kür miqdarından azdırsa, onun içinə hər nə qədər nəcasət düşsə, bütün su murdar olacaq. Kür midarından az suyun içinə bir damcı da olsa nəcasət düşsə, bütün suyu murdar edər, istər suyun rəngi ya iyi yaxud dadı dəyişsin, istərsə də dəyişməsin.