Avropalı işçilər nəyə cəhd edirlər?


Digərləri 19 Apr 2018 22:17:00 270 0

Avropalı işçilər nəyə cəhd edirlər?

İşçini məmnun etmək üçün heç də həmişə pul yeganə amil olmayıb. Ailə üçün maddi yardım və boş vaxt çoxluğu da analoji olaraq vacib elementlərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Macarıstanın "Világgazdaság" gündəlik biznes qəzetində deyilir.

"Qərbi Avropada əməkhaqqı dərəcəsindən daha vacib olanı boş vaxtdır. Fransanın bir çox strukturlarında iş saatı həftədə 35 saatdır, Almaniyada isə bəzi regionlarda həmkarlar ittifaqları ilə daha az iş saatı barədə razılıq əldə edilib", - deyə "Világgazdaság"a müsahibəsində "Mercedes-Benz Manufacturing Hungary Kft"nin kadr heyəti məsələləri üzrə sabiq direktoru Laslo Aç bildirib.

Ailə üçün maddi yardıma gəlincə, Macarıstanda "ağ yaxalıqlı" və ya "göy yaxalıqlı" işçi anlamı deyilən fərqlər mövcuddur.