Ermənistan müxalifəti Yerevanın mərkəzində növbəti aksiya keçirir


Dünya 19 Apr 2018 21:59:00 251 0

Ermənistan müxalifəti Yerevanın mərkəzində növbəti aksiya keçirir

Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən müxalifət yenidən mitinq təşkil edib.

Son.az APA-ya istinadən xəbər verir ki, yağışa baxmayaraq, aksiyaya xeyli sayda etirazçı toplaşıb. Polis qüvvələri hökumət binasını güclü mühafizə etməkdə davam edir. Bundan əvvəl Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib. Aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.