Rayon mərkəzində intihar


Digərləri 19 Apr 2018 21:49:00 276 0

Rayon mərkəzində intihar

Onun son vaxtlar psixoloji gərginlikdən əziyyət çəkdiyi bildirilir

Tovuz rayonunda intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, intihar edən şəxsi tanıyanlar onun 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olduğunu bildiriblər. 2-ci qrup əlil olan Fazil Hacıyev Tovuzda dövlət idarələrinin birində tikinti sahəsində çalışıb. Yaxınları onun sinir pozğunluğundan əziyyət çəkdiyini, son 1 ayda aqressiv olduğunu, hadisə baş verən gün evdə kimsənin olmamasından istifadə edərək özünə qəsd etdiyini bildirirlər.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.