Şaban – Ramazandan sonra ən fəzilətli ay


Digərləri 19 Apr 2018 21:45:00 278 0

Şaban – Ramazandan sonra ən fəzilətli ay

Aprelin 18-i, Şaban ayı başlayıb. Ramazandan sonra ən fəzilətli və mübarək ay. Bu münasibətlə islam.az ailəsi olaraq bütün dünya müsəlmanlarını təbrik edirik.

Şaban ayının fəziləti

Şaban ayının fəziləti haqqında məsumlardan çox sayda hədis rəvayət olunmuşdur. Onlardan bir neçəsini təqdim edirik:

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbər (s) Şaban ayının fəziləti haqqında buyurub: "Şaban ayı mənim ayımdır və bu ayda mənə kömək edənləri (oruc tutanları) Allah bağışlasın".

Peygəmbər (s)-dan nəql olunan digər hədisdə "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar" buyurulur.

İmam Sadiqdən (ə) belə nəql edilib ki, İmam Səccad (ə) Şaban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim! (Dostlarım) Bu ayın necə bir ay olduğunu bilirsinizmi? Bu şaban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şaban mənim ayımdır, bu ayı Peyğəmbərinizin sevgisi və Rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canım əlində olan Allaha and olsun ki, atam İmam Hüseyndən (ə) eşitdim ki, Həzrət Əlidən (ə) belə buyurduğunu deyirdi: "Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər".