Beynəlxalq Muğam Mərkəzi və “ADA” Universiteti əməkdaşlıq edir FOTO


Digərləri 19 Apr 2018 21:37:00 272 0

Beynəlxalq Muğam Mərkəzi və “ADA” Universiteti əməkdaşlıq edir  FOTO

Beynəlxalq Muğam Mərkəzi "ADA" Universiteti ilə əməkdaşlığa başlayaraq xarici tələbə və peşəkarlar üçün İçərişəhərdəki "Ədibin Evi"ndə keçirilən "Azərbaycan dili və mədəniyyəti" tədris kursu çərçivəsində mədəniyyətimizin təbliği səylərinə qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, kurs müddətində iştirakçılar üçün bir sıra tədbirlər təşkil edilib, o cümlədən, Novruz bayramında Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklər və beynəlxalq şirkətlərin əməkdaşları üçün muğamat konserti keçirilib. Konsertdə Muğam Televiziya Müsabiqəsinin qalibləri olan ifaçılar muğam parçaları, təsniflər və xalq mahnıları səsləndiriblər. Almaniyanın Giessen Universitetindən Azərbaycana səfərə gəlmiş, türkologiya üzrə magistr və doktorantura tələbələri isə "ADA" Universiteti və Beynəlxalq Muğam Mərkəzinin onlar üçün təşkil etdiyi "Azərbaycan muğamı və alman musiqisi Azərbaycan milli musiqi alətlərində" adlı konsert proqramında Azərbaycan musiqiləri ilə yanaşı görkəmli alman bəstəkarlarının əsərlərini də tar və kamançada dinləmək imkanı əldə ediblər.


Xəbərə aid fotolar