İnsanı qaşındıran qaraciyər pozğunluğu


Digərləri 19 Apr 2018 21:40:00 300 0

İnsanı qaşındıran qaraciyər pozğunluğu

Xolestaz - öd sekreyası çatışmazlığından yaranır. Qaraciyər tərəfindən öd hazırlanması pozulur və ya onun öd yollarına axınında maneə yaranır. Bu kimi maneələr qaraciyərlə nazik bağırsaq arasında da ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, xolestazda ödün bağırsağa daxil olmaması fonunda bağırsaqda bilirubin sintezi davam edir və bilirubin birbaşa qan dövranı sisteminə keçir. Yaranma səbəbləri: bu xəstəliyin 2 növü var: qaraciyər daxili və xarici. Qaraciyər daxili xolestazın səbəbi alkoqol, dərman preparatları, hepatit, endokrin səbəblər, metobolik pozuntular, hamiləlikdə hormonal dəyişikliklər olar bilər.

Qaraciyər xarici səbəb öd yollarının daralması, qatı öd durğunluğu, mədə altı və öd kisəsinin bədxassəli şişi, polipi və pankreatit ola bilər.

Əlamətləri: Əsas kliniki əlaməti saralma, sidiyin rənginin çox tündləşməsi, rəngsiz nəcis, bədəndə, qarında ağrılı qaşınmadır. İştahanın azalması, ürəkbulanma, qusma da verə bilər.