Forbesun zənginlər reytinqi: Rusiya milyarderi arasında


Digərləri 19 Apr 2018 21:25:00 229 0

Forbesun zənginlər reytinqi: Rusiya milyarderi arasında

Forbes jurnalının Rusiya üzrə milyarderlər siyahısının ilk onluğunda 4-cü sətiri Azərbaycan əsilli sahibkar Vahid Ələkbərov tutur.

Rusiyaya qarşı sanksiyalara rəğmən ölkənin ən zəngin 200 nəfərinə məxsus ümumi sərvətin dəyəri 25 milyard dollar artaraq 485 milyarda çatıb.

Ölkədə milyarderlərin ümumi sayı da artıb.

Hazırda Rusiyanın 106 milyarderi var. Ötən il isə onların sayı 96 idi.

Rusiyada ən zəngin 200 adamın siyahısını 19,1 milyard dolların sahibi Vladimir Lisinin adı açır.

Reytinqin 4-cü pilləsində Azərbaycan mənşəli Vahid Ələkbərov qərarlaşıb ki, ötən il 6-cı yerdə idi.

Bir il ərzində Lukoil neft şirkəti prezidentinin aktivləri 1,9 mlrd. dollara artaraq 16,4 milyarda çatıb.

Dörd il əvvəl Araz Ağalarovun Crocus Group şirkəti Donald Trump-a məxsus olan "Miss Universe" gözəllik müsabiqəsini Moskvada keçirmək üçün 20 milyon dollar xərcləmişdi.

Milyarderlər klubunun daha bir azərbaycanlı üzvü - Qod Nisanovdur.