Azərbaycanın biznes əhəmiyyəti artır VİDEO


Digərləri 19 Apr 2018 21:13:00 270 0

Azərbaycanın biznes əhəmiyyəti artır  VİDEO

Azərbaycanda hazırda 900 mindən çox sahibkar var. Bu , dövlətin həyata keçirdiyi səmərəli iqtisadi siyasətin nəticəsində mümkün olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini, icazələrin elektronlaşdırılması üçün işlərə başlanıldığını da vurğulayıb.

Azərbaycan orta gəlirli ölkələr kateqoriyasından çıxaraq yüksək gəlirli ölkələr sırasına daxil olub. Bunu "XəzərXəbər"ə açıqlamasında qeyd edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın bir sıra beynəlxalq təşkilatların hesabatlarında mövqeyinin hər il yüksəldiyinə diqqət çəkib. Nazir müavini bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan nəqliyyat dəhlizinə çevrilməklə həm yerli, həm də xarici sahibkarlar tərəfindən daha cəlbedici bir ölkə halına gəlib.

Sahib Məmmədov ölkəyə qoyulan investisiyaların yarısının xarici investorların payına düşdüyünü vurğulayıb. bu isə beynəlxalq iqtisadi münasibətlərdə qazanılan yüksək etimadın göstəricisidir.


Xəbərə aid video