Tanınmış mütəxəssisdən sürücülərə məsləhət


Digərləri 19 Apr 2018 21:16:00 262 0

Tanınmış mütəxəssisdən sürücülərə məsləhət

Son dövrlər əksər sürücülər məşhur sosial şəbəkələrinə qoyulan videoları izləyərək avtomobillərin nasaz hissələrini özləri təmir edirlər. Mütəxəssislər isə belə sürücülərə xəbərdarlıq edir. Təmir zamanı edilən kiçik xətalar sürücüləri daha çox ziyana sala bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, indi sosial şəbəkələrdə demək olar ki, avtomobilin bütün nasazlıqlarını aradan qaldırmaqın üsullarını göstərən videolar var. Bir çox sürücülərdə məhz bu videolara baxaraq avtomobillərini təmir edirlər. Amma bu heçdə həmişə müsbət nəticələnmir.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə son zamanlar özü avtomobilə müdaxilə edən, amma bunu bacarmayaraq sonra ustaya müraciət edənlərin sayı artıb.

Ustalar belə videolar vasitəsi ilə avtomobildə kiçik təmirin edilməsini müsbət hal hesab edilər. Çünki bəzi təmir işlərinin sürücünün özü tərəfindən aparılması əlavə xərcləri azaldır.


Xəbərə aid video