Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq


Digərləri 19 Apr 2018 21:17:00 244 0

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq

"Formula 1 Azərbaycan qran prisi" yarışları ilə əlaqədar aprelin 23-dən rayon qeyydiyyatlı avtomobillər Bakıya buraxılmayacaq. Bakı qeydiyyatında olmayan avtomobillər şəhərə daxil olduğu zaman isə xüsusi duracaqlara yerləşdiriləcək. Bu qadağa xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinə şamil edilməyəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq.

Aprelin 23-dən Növbəti "Formula 1 Azərbaycan Qran Prisi" yarışları ilə əlaqədar paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə qadağa qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin sözlərinə görə həmin müddət ərzində paytaxa daxil olmaq istəyən rayon qeydiyyatlı avtomobillər xüsusi duracaqlara yerləşdiriləcək.


Xəbərə aid video