Toy karvanları ilə bağlı XƏBƏRDARLIQ: Kiçik bir səhv


Digərləri 19 Apr 2018 21:18:00 270 0

Toy karvanları ilə bağlı XƏBƏRDARLIQ: Kiçik bir səhv

Toy karvanları ilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib. Son illər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir. Nəticədə bu iki gəncin xoş gününü yasa çevrilir. Toy karvanlarında belə hadisələrin baş verməməsi üçün polis yollarda nəzarəti gücləndirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən il ərzində 6 toy karvanında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarını lüzumsuz olaraq tutur, yeri gəldi-gəlmədi səs siqnalından istifadə edirlər, hətta qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olurlar. Bu cür xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə yol polisi yollarda nəzarəti gücləndirib. Bölmə rəisinin sözlərinə görə, təkcə yollarda xidmət aparan polis əməkdaşları yox, həmçinin təhlükəsiz şəhər kameraları vasitəsilə də toy karvanlarına nəzarət edilir.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər yol polisi Bakı şəhərində bəy-gəlin cütlüyünü müşayiət edərkən kobud qayda pozan sürücülərdən 8-i dövlət nömrə nişanını ''dostum evlənir'' sözləri ilə bağladığı üçün, 1 sürücü ''avtoşluq'', 14 nəfər manevtermə, 36-sı asta sürətlə hərəkət edərək digər iştrakçıları ləngitməyə, 6 nəfər çoxavazlı siqnal və digər qayda pozuntularına görə məsuliyyətə cəlb edilib. Vaqif Əsədov vətəndaşlara bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etmələrini tövsiyyə edir.


Xəbərə aid video